Ukrayna ordusu daha bir şəhəri azad etdi

14:42 30.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna döyüşçüləri Donetsk vilayətinin strateji Liman şəhəri yaxınlığında Yampol şəhərini  azad ediblər.

Hafta.az bu haqda  “Ukrainskaya pravda”ya(“UP”) istinadla məlumat yayıb.

İnformasiyanı "DeepState" döyüş xəritəsini idarə edən analitiklərin istinad etdiyi video,  Donetsk separatçı yaraqlılarının lideri Denis Puşilinin son açıqlaması və "UP"-nin  kəşfiyyatdakı mənbələri təsdiqləyir.

İnternetdə yayılan videoda ukraynalı əsgər Yampol təhsil kompleksinin yaxınlığında "Yampol bizimdir!" deyə hayqırır.

Eyni zamanda, Rusiya hərbi təbliğatçıları kütləvi şəkildə rus qoşunlarının "Yampolu tərk etdikləri" barədə məlumat veriblər.

Separatçı lider D.Puşilin həmçinin bildirib ki, yaraqlılar Yampola nəzarəti itiriblər.

"İndi Krasnı Liman yarımmühasirədədir, Svatovodan gələn yol bizim nəzarətimizdədir, lakin vaxtaşırı atəş altındadır Yampol və Drobışevo  tamamilə bizim nəzarətimizdə deyil" -deyə separatçı əlavə edib.

Oxunma sayı 2263