Ukrayna Silahlı Qüvvələri Hava Desant Qüvvələrinin Polesye 95-ci əlahiddə desant-hücum briqadasının müdafiəçiləri Rusiya sərhədində uğurlu irəliləyiş əldə ediblər.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qüvvələri komandanlığının kommunikasiya şöbəsi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələri Hava Desant Qüvvələrinin Polesye 95-ci əlahiddə hava desant-hücum briqadasının bölmələri Rusiya Federasiyasının Kursk vilayətindəki sərhədinin sahələrindən birini yarıblar", - məlumatda deyilir.
Hərbçilər həmçinin mühəndis maneələrində keçidlər yaratdıqlarını və düşmən ərazisində döyüşləri necə apardıqlarını göstərən video yayımlayıblar. Döyüşçülər sərhəd həmləsinin məhz harada baş verdiyini açıqlamayıblar.