Ukrayna pilotsuz təyyarələrin istehsalı ilə bağlı 16 müqavilə imzalayıb

16:11 30.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov bildirib ki, idarə geniş tətbiq sahəsi üçün 16 pilotsuz uçuş aparatı istehsalçısı ilə müqavilə imzalayıb. Bu barədə nazirliyin Telegram kanalında məlumat verilib.

“Ukrayna Müdafiə Nazirliyi artıq Ukraynanın İHA istehsalçıları ilə 16 dövlət müqaviləsi bağlayıb. Ümumilikdə yerli istehsalçılardan nazirliyə 75 müraciət daxil olub”, - deyə şöbə müdiri bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri üçün daha çox pilotsuz uçan aparatların alınması, həmçinin artilleriya qurğularının tənzimlənməsi, zərbələrin endirilməsi, yaralıların təxliyyəsi kimi vəzifələri yerinə yetirmək üçün yararlı olan PUA bazarının inkişaf etdirilməsi planlaşdırılır.