Ukrayna xüsusi xidmət orqanları Medvedevi axtarışa verib

18:58 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasına əsasən axtarışa verib.

Hafta.az bildirir ki, müvafiq qərar “Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd”ə görə qəbul edilib.

Dmitri Medvedev bir gün əvvəl demişdi ki, “Rusiya Ukraynanın Krım körpüsünə qarşı törətdiyi terror aktına yalnız terrorçuların birbaşa məhvi ilə cavab verməlidir”. “Rusiyanın bu cinayətə cavabı yalnız terrorçuların birbaşa məhvi ola bilər. Necə ki, dünyada qəbul edilir. Rusiya vətəndaşlarının gözlədiyi budur”, - deyə o bildirib.