Ukraynada hərbi polis yaratmağı planlaşdırırlar

14:13 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada digər məsələlərlə yanaşı, hərbi cinayətlər və hərbi qulluqçular arasında nizam-intizamın qorunması ilə məşğul olacaq hərbi polisin yaradılması planlaşdırılır. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hərbi polisin NATO-ya üzv ölkələrin müvafiq strukturları ilə uyğunlaşmasına nail olmaq nəzərdə tutulur.

İdarənin Telegram-kanalında qeyd olunur ki, “hərbi polis hüquq-mühafizə funksiyalarına malik hərbi hissəyə çevriləcək və Müdafiə Nazirliyinin tərkibində olacaq”, “Hərbi Ədliyyə Baş İdarəsi müvafiq qanun layihəsinin hazırlanmasında fəal iştirak edir”. Yeni qurum döyüş bölgələrində hərbi cinayətlərin ibtidai istintaqı üçün ayrıca səlahiyyətlər alacaq.

Yeniliyin məqsədi Ukrayna ordusunun, Müdafiə Nazirliyinin, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbi qulluqçuları arasında hərbi nizam-intizamı qorumaqdır.

Həmçinin, hərbi polis dövlət əmlakının və hərbi qulluqçuların hüquqlarının qorunması ilə məşğul olacaq.