Yazını böyüt
Yazını kiçilt
Ukrayna parlamenti ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib. Prezident Vladimir Zelenskinin fərmanlarına əsasən, xüsusi rejim növbəti 90 gün ərzində - 2023-cü il fevralın 19-dək fəaliyyət göstərəcək.
Xalq deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, hərbi vəziyyət haqqında qanun layihəsini 294 deputat, səfərbərlik haqqında isə 297 deputat dəstəkləyib.
"Ali Rada hərbi vəziyyət və ümumi səfərbərliyi 90 gün müddətinə 2023-cü il fevralın 19-dək uzadıb", - xalq deputatı Telegram-da yazıb.