Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb

18:10 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Ali Radasının bu gün keçirilən iclasında “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” və “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Prezident fərmanları təsdiqlənib.

Hafta.az xəbər verir ki, sənədlərə əsasən Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün müddətinə avqustun 23-dək uzadılıb.

Ukrayna Ali Radasının deputatları 320 səslə fərmanları təsdiqləyib.