Ukraynada davam edən səfərbərlik və miqrasiya dalğasından sonra işçi qüvvəsi çatışmazlığı getdikcə dərinləşir. Radanın Yuxarı palatasının maliyyə, vergi və gömrük siyasəti komitəsinin üzvü, deputat Nina Yujanina bildirib ki, bu problemi həll etmək üçün ölkəyə əcnəbi işçilər dəvət edilməlidir.
Hafta.az-ın yazdığına görə, üç ay ərzində ölkədə işçi qıtlığı problemi həll olunmasa, bunun enerji böhranından daha böyük problemə çevrilə biləcəyini deyən millət vəkili “Bu, dəhşətli siqnaldır. İnsanlar görürlər ki, bizə əcnəbiləri işə götürmək lazımdır. "Biz bu vəziyyətdən belə çıxa bilərik" deyib.
Ukrayna iqtisadiyyat nazirinin müavini Tatyana Berejnaya bildirib ki, ölkə işçi qüvvəsi çatışmazlığı ilə üzləşib və ÜDM-in artımı üçün daha 4,5 milyon insan çalışmalıdır.