Ukraynada müharibədə 430 uşaq həlak olub

09:55 25.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada gedən müharibədə indiyədək 430 uşaq həlak olub. Daha 820 azyaşlı isə yaralanıb.

 

Hafta.az-ın məlumatına görə, bu haqda Ukraynanın milli polis rəisi İqor Klimenko deyib.

 

O bildirib ki, Rusiyanın ölkəyə genişmiqyaslı hücumu başlayandan bəri itkin düşmüş 6915 uşaq tapılıb, 236 uşaq isə hələ də axtarışdadır:

 

“Biz itkin düşmüş 6915 uşağı tapdıq. 236-sı hələ axtarışdadır. Ümumilikdə, atəş və hərbi əməliyyatlar nəticəsində 430 uşaq ölüb, 820 uşaq yaralanıb”.