Yazını böyüt
Yazını kiçilt
Hərbi Elmlər Akademiyasının baş elmi işçisi, analitik Vladimir Proxvatilov “Moskva Speaks” radiostansiyasının efirində bildirib ki, müharibənin taleyi 2023-cü ilin aprel ayının ortalarında və ya daha tez həll olunacaq.
“Köhnə ifadələrdən istifadə etsək, ümumi döyüşdən, hücumdan və ya əks-hücumdan danışırıq. Əgər biz Ukraynanın yeni təlim keçmiş qüvvələrinin hücumunu dayandıra bilsək, onların sadəcə ümid edəcəkləri heç nə qalmayacaq və onlar tez qaçıb danışıqlar aparacaqlar. Amma bu həm də çətin məqamdır”, - ekspert bildirib.
Bununla yanaşı, Prixivatov qeyd edib ki, indi Ukraynadakı döyüşləri mövqe müharibəsi kimi qələmə vermək olar, Rusiyanın uğurları isə yalnız kiçik bir taktiki təşəbbüsdür - dönüş nöqtəsindən danışmağa ehtiyac yoxdur.