Ukraynalılar strateji müdafiə xəttini yardı - RUSİYA ORDUSU GERİ ÇƏKİLİR

20:04 04.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada hərbi vəziyyət dəyişmək üzrədir. Hafta.az bildirir ki, Ukrayna komandanlığı əks-hücum əməliyyatını davam etdirir. Rusiyayönlü Teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin şimalında Rusiya müdafiəsini yardığını bildirib.

Qeyd edək ki, bir gün əvvəl Dudça azad edilib, bu gün Ukrayna Silahlı Qüvvələri Davydov Brodu geri ala bilib. Vəziyyət dəyişməsə, rus qoşunları Xerson da daxil olmaqla Dnepr çayının bütün sağ sahili üzərində nəzarəti itirə bilər. Rus qoşunları geri çəkilir, onlar Berislav-Yeni Kaxovka yaxınlığında müdafiə xətti qurmağa çalışacaqlar, The Insider yazır.

Ukrayna mətbuatı yazır ki, Xerson vilayətindən daxil olan məlumatlara əsasən, Rusiya qoşunları bölgənin bütün şimalından geri çəkilir. Rusiya teleqram kanallarının xəbərlərinə əsasən, Rusiya ordusu Mylovoe-Borozenskoye-Kostromka xəttində yeni müdafiə xətti yaratmağa, APU-nun Xerson və Novaya Kaxovkaya keçməsinin qarşısını almağa çalışacaq.

Telegram kanalları həmçinin bildirirlər ki, Ukrayna əsgərləri Xersondakı Antonovski körpüsünü HIMARS-dan vurub, körpüyə üç raket düşüb.

Oxunma sayı 2389