Bu gün Ukraynada Ukraine.ua rəsmi saytı fəaliyyətə başlayıb.
Hafta.az-ın yazdığına görə, bu müasir rəqəmsal platforma sayəsində xaricilər Ukrayna haqqında yaradıcı və ilhamverici hekayəni öyrənə biləcəklər. Sayta daxil olan hər kəs Ukrayna haqqında ilk təəssüratı hiss edəcək, bura oxumağa, sərmayə qoymağa və yaxud da səyahət etmək barədə qərar verəcək.
Ukrayna unikal tarixə, zəngin mədəniyyətə və müxtəlif landşafta malikdir, yaradıcı, dinamik və innovativ ölkədir. Ukrayna həm də azadlıq və şərəf ölkəsidir. Burada minillik tarix və mədəniyyət gələcəyə dair iddialı baxışla tamamlanır. Ukraine.ua saytını ziyarət edən şəxslər rahat dildə yazılmış və məzəli mətnlərlə qarşılaşacaq, eləcə də Ukraynanın fərqli təbiətini, qədim qəsrlərini, dağlarını, rəngarəng şəhərlərini və daha nələri nümayiş etdirəcək bir çox gözəl və keyfiyyətli şəkilləri görəcək. Bütün dünya üzrə milyonlarla insan Ukrayna ilə tanış ola və ilk baxışdan aşiq ola biləcək. Ukraynanı özü üçün kəşf edəcək ilk şəxs siz olun!
COVID-19 pandemiyası bir gün bitəcək. Bu baş verən kimi, dərhal Ukraynanı ziyarət etmək və onun verə biləcəyi hər şeydən həzz almaq lazımdır. Hazırda isə siz bunu Ukraine.ua portalında onlayn şəkildə edə bilərsiniz.