Ukraynanın yeni qəhrəmanları - RUSİYANI ÖZ SİLAHI İLƏ VURDULAR!

11:13 16.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Rusiya müharibəsi tam sürətlə davam edərkən, cəbhədən diqqət çəkən xəbərlər gəlməkdə davam edir. Ukrayna ordusunun tərkibindəki legion Rusiyanı belə desək, öz silahı ilə vurur. Rus ordusuna qarşı apardıqları mübarizədən sonra “qəhrəman” elan edilən əsgərlər ilk dəfə çıxış ediblər.

Hafta.az Britaniyanın “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bir çox ruslar Ukrayna silahlı qüvvələrinin yanında döyüşmək üçün ordudan qaçıblar.

Eyni xəbərə görə, Ukrayna ordusunda Rusiya vətəndaşlarından ibarət legion var.

Bu legionun üzvü Volodymyr Grotskov qəzetin müxbiri Yan Birrelə niyə Ukraynanın tərəfinə keçdiyini açıqlayıb.

48 yaşlı elektrik mühəndisi bildirib ki, ölkəsini sevir və Kremli dünya sülh və təhlükəsizliyini təhdid edən dağıdıcı “xərçəng” kimi görür.

“Bu, iddialı səslənə bilər, amma mən azadlıq və demokratiya uğrunda mübarizə aparıram”, - Qrotskov bildirib.

'Yaxalansan nə olacaq?' Qrotskovun suala cavabı aydındır: “Ölüm”.

"Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad, demokratik ölkə olmasını istəyirsinizsə, bizə qoşulun", - "Qazprombank"ın keçmiş vitse-prezidenti İqor Volobuev deyib.

Şübhəsiz ki, Ukrayna ordusu dünyanı heyrətə gətirdi. 2014-cü ildə Krımı ruslara itirən ordu aylardır rus qoşunlarına qarşı böyük müqavimət göstərir.

Qərb ölkələrinin, xüsusilə ABŞ-ın silah yardımı Ukraynanın müharibədə əlini xeyli gücləndirdi.
Lakin müharibədə əsas rol oynayan “təxribat dəstələri” Rusiya ordusuna ciddi itkilər verir.

Bəzi bölmələr arxa cəbhəyə sızaraq qatarları partladıb, Rusiya ordusunun təchizat xətlərini pozur.
Bu qoşunlar da onlardan silah oğurlayaraq rus ordusuna ziyan vururlar. Ukrayna sıralarında rus qoşunlarından qalan hərbi texnikanı təmir edən və Ukrayna ordusuna cəlb edən bölmə də var.

Bu strategiya əvvəllər də bir çox müharibələrdə istifadə olunub. Həm İkinci Dünya Müharibəsində, həm də Folklend Müharibəsində İngilis əsgərləri ələ keçirdikləri ağır pulemyotları düşmənə çevirdilər.