Ukraynaya rus tanklarının QƏNİMİ GƏLİR

15:36 15.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Britaniya yeni hərbi yardım paketi çərçivəsində onlarla tankı məhv etməyə qadir olan Apache AH64 E hücum helikopterlərini Ukraynaya təhvil verəcək.

Bu barədə “Mirror” ölkənin müdafiə sektorundakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir. Qeyd olunur ki, helikopterlərin təhvil verilməsi Ukraynanın “Challenger 2” tanklarını almasından sonra planlaşdırılır.

"Apache oyunu dəyişdirəcək. Tanklar əvvəlcə gələcək və vertolyotların yerləşdirilməsinə bir qədər vaxt lazım olacaq. İndi NATO-nun digər üzvləri də buna əməl edəcəklər", - mənbə bildirib.

Bildirilir ki, ukraynalı pilotlar Britaniyada təhsil alacaqlar, texniki baza isə qonşu ölkədə, məsələn, Polşada yaradılacaq. Qeyd olunur ki, Apache AH64 E helikopterləri 16-ya qədər Hellfire tank əleyhinə mərmi, 76 70 mm-lik Hydra raketi və 30 mm-lik zəncirli silahla silahlana bilər.

"Bu o deməkdir ki, dörd Apaçi bir neçə saniyə ərzində 70 tankdan ibarət bütöv bir alayı məhv edə bilər", - nəşr izah edir.