Ümumdünya Gənclər Forumunda Azərbaycandan 34 gənc iştirak edəcək Misir Prezidenti Abdel Fattah əl-Sisinin himayəsi altında Şarm Əl-Şeyx şəhəri 10-13 yanavr 2022-ci il tarixlərində “İncəsənət və mədəniyyət inkişafın bir hissəsidir və insan hüququdur” şüarı altında keçiriləcək dördüncü Dünya Gənclər Forumuna ev sahibliyi edəcək. Misirin Azərbaycandakı Səfiri Adel İbrahim bildirib ki, xüsusilə Misir və Azərbaycan gəncləri arasında, ümumiyyətlə isə Forumda iştirak edəcək dünya gəncləri arasında əlaqələrin və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə maraq çərçivəsində bu il Ümumdünya Gənclər Forumunun Təşkilat Komitəsi Azərbaycandan 34 gəncinin Forumda iştirakını təsdiq edib.
Səfir qeyd edib ki, Forum Prezident Abdel Fattah əl-Sisinin himayəsi altında keçirilən illik qlobal tədbirdir və tədbirin məqsədi dialoqu təşviq etmək, inkişaf məsələlərini müzakirə etmək və Misirdən dünyaya sülh və firavanlıq mesajı göndərmək üçün dünya gənclərini bir araya gətirməkdən ibarətdir. O, Forumun, dünya liderlərinin və nüfuzlu şəxsiyyətlərin iştirakı ilə öz fikirlərini bildirmək, tövsiyə və təşəbbüslərlə çıxış etmək istəyən dünyanın müxtəlif yerlərindən olan gənclər üçün zəngin beynəlxalq tədbir sayıldığnı, dünyanın aparıcı qərar qəbul edən şəxsləri və mütəfəkkirləri ilə əlaqə yaratmaq imkanı verməklə yanaşı dünyanın müxtəlif millətlərindən olan perspektivli gənclərlə görüşmək üçün bir fürsət olduğunu vurğulayıb. Diplomat onu da əlavə edib ki, bu ilki Forum üç əsas mövzudan bəhs edəcək - sülh, inkişaf və yaradıcılıq. Bunlar vasitəsilə gəncləri maraqlandıran çoxlu sayda müxtəlif mövzular müzakirə olunacaq. Bu da özlüyündə, görüşlər və seminarlar vasitəsilə fikirləri ifadə etmək, ideyaları təqdim etmək və təcrübə mübadiləsi aparmaq üçün bir platforma yaradacaq. Misir Səfiri, bu ilki Forumun üç əsas mövzuya: sülh, inkişaf və yaradıcılıq mövzularına müraciət etdiyini, Forumda gənclər üçün maraq doğuran bir sıra müxtəlif mövzuların müzakirə olunacağını və həmçinin bu Forumun görüşlər və seminarlar vasitəsilə fikirləri ifadə etmək, ideyaları təqdim etmək və təcrübə mübadiləsi aparmaq üçün bir platforma olduğunu əlavə edib.
Diplomat onu da diqqətə çatdırıb ki, birinci Forum 2017-ci ilin noyabr ayında 113 ölkədən 3 min, ikinci Forum 2018-ci ilin noyabr ayında 169 ölkədən 5 mindən çox gəncin (Azərbaycandan 14 gənc iştirak edib), üçüncü Forum isə 2019-cu ilin dekabr ayında 197 ölkədən 7 mindən çox gəncin (Azərbaycandan 32 gənc iştirak edib) iştirakı ilə keçirilib.