Uşaq dünyaya gətirən tələbələrə 100 min rubl veriləcək

09:34 11.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyaya bağlı muxtar respublika olan Kareliyada uşaq dünyaya gətirən universitet, texnikum və kollec tələbələrinə stimul olaraq 100 min rubl yardım etmək qərarına gəlinib.

Hafta.az-ın yazdığına görə, Kareliyada daimi yaşayan və yerli təhsil müəssisələrində əyani təhsil alan 25 yaşına çatmamış tələbə qızlar doğum stimullarından yararlana biləcəklər.

Bildirilib ki, körpə doğuşdan əvvəl və ya doğuş zamanı dünyasını dəyişərsə, şagirdə həvəsləndirici ödəniş edilməyəcək.

İlk övladını dünyaya gətirən və ya artıq ana olmuş tələbələr güzəştdən yararlana biləcəklər.

Tətbiq çərçivəsində növbəti il ​​üçün 5,4 milyon rubl vəsait ayrılıb.

Ödənişlər 1 yanvar 2025-ci il tarixindən etibarən həyata keçiriləcək.