ÜST-dən deksametazonla bağlı növbəti açıqlama

15:18 28.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Deksametazon COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

Hafta.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bildirir ki, Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Düzgün istifadə edilmədikdə preparat ciddi əks təsirlər yaradır.