ÜST-ün baş direktoru təhdid olunur

10:58 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhdid olunduğunu açıqlayıb.

 

Hafta.az xəbər verir ki, ÜST-ün baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.

 

"Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm", - deyə Qebreyesus bildirib.

 

Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kim tərəfindən təhdid edildiyini açıqlamayıb.