Vaksinlərin haram olması fikri yanlışdır - Hacı Şahin

12:16 18.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur: “Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.