Yazını böyüt
Yazını kiçilt
2022-ci ildə ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olmuş valideyn himayəsindən məhrum 994 tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilib.
Hafta.az xəbər verir ki, bu barədə məlumat İnsan alverinə qarşı Milli Koordinatorun 2022-ci il üzrə illik hesabatında yer alıb.
Hesabatda, həmçinin bildirilir ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət uşaq müəssisələrinin məzunları olan 21 gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məzun evi”ndə mənzillə təmin edilib.