“Vaqner”in döyüşçüləri çeçen kontingentinin tərkibində cəbhəyə qayıdırlar

09:45 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada döyüşmüş keçmiş “Vaqner” döyüşçüləri çeçen hərbi birləşmələrinə qoşularaq cəbhəyə qayıdıblar.

Hafta.az-ın yazdığına görə, “Axmat” xüsusitəyinatlı dəstəsinin komandiri Apti Alaudinov bildirib ki, “Vaqner” döyüşçüləri onun xüsusi təyinatlılarının sırasına köçürülüb və Ukraynadakı müharibə zonasına qayıdı, döyüşlərdə iştirak ediblər.

“Regnum” xəbər verir ki, “Axmat” bölmələrinin komandirinin sözlərinə görə, onlara əvvəllər də bəzi “Vaqner” əsgərləri qoşulub, lakin indi bu vəziyyət geniş yayılıb.

O əlavə edib ki, müharibə zamanı çeçen və “Vaqner” bölmələri cəbhənin bitişik ərazilərində bir neçə dəfə birgə vuruşublar.

“Regnum”un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də Kremldə müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və əvvəllər “Vaqner” qrupunun rəhbərliyində olmuş, ehtiyatda olan polkovnik Andrey Troşevlə görüş keçirib. Rusiya lideri xatırladıb ki, Troşev bir ildən artıqdır ki, müharibələrdə iştirak edib və döyüşün yaxşı getməsi üçün əvvəlcədən hansı problemləri həll etmək lazım olduğunu bilirdi. İclasda Putin həmçinin qeyd edib ki, sosial təminat statusundan asılı olmayaraq müharibənin bütün iştirakçıları üçün eyni olmalıdır