Vatikanın dövlət katibi Azərbaycana gəlir

21:21 07.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 8-11-də Vatikanın (Müqəddəs Taxt-Tac) dövlət katibi kardinal Pietro Parolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Hafta.az xəbər verir ki, səfər çərçivəsində Vatikan dövlət katibinin Azərbaycanın dövlət rəsmiləri, həmçinin dini icmalarının nümayəndələri ilə görüşləri keçiriləcək.

Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Vatikan əlaqələri böyük inkişaf yolu keçib. Ötən il Azərbaycanla Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. 2021-ci ildə Azərbaycan Vatikanda səfirliyini təsis edib. Bununla əməkdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə yeni təkan verilib.

Siyasət rubrikasından digər xəbərlər