Vəba xəstəliyinə yoluxma halları artıb - ÜST

13:53 20.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

May ayında qlobal vəba xəstəliyinə yoluxma nisbəti 58% artıb.

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, may ayında 19 ölkədən 46 424 vəbaya yoluxma faktı qeydə alınıb. Aprel ayı ilə müqayisədə may ayında xəstəliyə 58% daha çox yoluxma halı aşkar edilib.

Mütəxəssislər aydınlaşdırıblar ki, Şərqi Aralıq dənizində xüsusilə yüksək yoluxma halı müşahidə olunub. Əfqanıstan və Pakistanda 13 mindən çox yeni hadisə qeydə alınıb. 2023-cü ilin yanvarında ÜST  qlobal vəba vəziyyətini “üçüncü dərəcəli fövqəladə vəziyyət” kimi təsvir edib. 

Vəba təhlükəli yoluxucu xəstəlikdir. Patogen insan orqanizminə çirklənmiş qida və ya su vasitəsilə daxil olur.

Oxunma sayı 79