Vətəndaşlar Türkiyəyə bu şəxsiyyət vəsiqəsi ilə gedəcəklər

17:44 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşların hansı şəxsiyyət vəsiqəsindən istifadə edəcəyinə dair açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.