Vəziyyət yenidən gərginləşə bilər - Politoloq

20:26 05.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yenə ermənilər Laçın, Kəlbəcər istiqamətində atəbşkəsi pozur. Ermənistanın sülh sazişinə dəvət olunduğu bütün danışıqlardan sonra bölgədə separatizm halları daha da alovlanır. Brüssel görüşündən sonra sərhəddə yaranan bu gərginlik nə ilə bağlıdır, səbəb nədir?

Politoloq Elxan Şahinoğlu hafta.az-a bildirib kİ, Brüssel görüşündə sanki şifahi razılaşmalar əldə olunaraq, hətta 1 ay ərzində sülh sazişinin mətni ilə bağlı işçi qrupunun yaradılmasına qərar verilsə də, ermənilər öz havasına oynayır. Politoloq bəyan edib ki, əgər Avropa İttifaqında belə bir razılaşma olmasına rəğmən ermənilər sərhəddə, Qarabağda atəşkəsi  pozursa, bu, yenidən gərginliyin artmasına  səbəb olacaq. 

“Vəziyyət yenidən gərginləşə bilər. Bu təxribatları Ermənistan daxilində Paşinyan hakimiyyətini zəiflətmək istəyənlər də həyata keçirdə bilərdi. Amma bu bizi az narahat edir. Çünki Ermənistanda  baş nazir Paşinyandır və proseslərə məsuliyyəti o daşıyır.  Belə təxribatlar varsa, biz bunun hesabını Paşunyanadan soruşacağıq”.

E.Şahinoğlu bu vəziyyəti danışıqlar, görüşlər davam etsə də, irəliləyişin olmamağı ilə izah edib.

“Nə sərhədlər müəyyənləşir, nə erməni silahlıları çıxır, nə kommunuikasiyalar açılır, əksinə Qarabağda növbəti erməni təxribatları ilə üzləşirik. Yeni yol sülhməramlıların nəzarətinə verildi və orda da əli silahlı separatçılar peyda olub. Erməni əsilli milyarder köçüb gəlib Qarabağa. Bu Azərbaycana qarşı yaxşı düşünülmüş növbəti təxribatdır. Yaxud Ermənistan Təhlükəszilik Şurasının sədri Armen Qriqoriyan qanunsuz olaraq Azərbaycan ərazisinə gəlir. Ona görə də yenə də Ordumuz öz sözünü deməli olacaq”.

Siyasət rubrikasından digər xəbərlər