Voleybol millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək

16:25 07.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Polşada keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından hafta.az-a verilən məlumata görə, çempionatda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komanda mübarizə aparacaq. B qrupunda yer alan yığmamızın rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.

Qeyd edək ki, noyabrın 20-23-də təşkil olunacaq yarış “Avro-2025”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.