XİN başçıları arasında görüş keçirildi

23:57 15.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrlandiya və Norveçdən olan həmkarları Simon Koveney və Anniken Huitfeltd ilə görüş keçirib.

 

Hafta.az xəbər verir ki, bu barədə Çavuşoğlu "Twitter" hesabında məlumat yayıb.

 

Nazirlər regional mövzuları müzakirə edib. Tərəflərin xüsusilə Suriyadakı son vəziyyətə toxunduğu qeyd olunub.