Xaçmazda ev yanıb, xəsarət alan var

21:43 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 16 m² sahədə, 1 ədəd soyuducu və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.