Yazını böyüt
Yazını kiçilt
Xaçmazda xəsarətlə nəticələnən yol qəzası olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Vələmir kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.