Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb

17:20 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Klinik Xəstəxanada müalicə olunan Arif Babayev bu gün evə buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə apa-ya Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, atasının səhhətinin hazırda yaxşı olduğunu deyib.

Qeyd edək ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.

Oxunma sayı 32