Xalq artisti Rəmişin səhhəti ilə bağlı son durum

11:35 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

Hafta.az xəbər verir ki, bunu report-a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, xalq artistinin səhhəti normaldır:

“Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.