Xalq artisti Roza Cəlilova vəfat etdi

10:29 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb".

Hafta.az xəbər verir ki, bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilib. Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.