Onların peşə kursu başladı

16:50 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhəri və Xocalı rayon sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb. Kurs Xankədidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub.

Bu barədə hafta.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır. Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar.

Məqsəd azad edilmiş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.