Xankəndində Putinə təbrik fleşmobunu bu rusiyayönlü qurum təşkil edib…-VİDEO

15:10 08.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, erməni separatçılar Xankəndi yaxınlığındakı təpədə üzərində Rusiya prezidentinin təsviri olan kətanı açaraq hazırda Ukraynanın işğalını davam etdirən Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər.  Lakin müxtəlif erməni  mənbələrində həmin aksiyanın Qarabağdakı yerli ermənilər tərəfindən təşkil olunmadığını bildirilərək buna etiraz nümayiş etdirilib.

 

Hafta.az xəbər verir ki,  "@reartsakh" teleqram-kanalının yaydığı məlumata görə,Rusiyanın işğalçı diktatorunun doğum günü münasibəti ilə keçirillmiş bəhs edilən tədbirin konkret kimlər tərəfindən təşkil olunduğu aydınlaşıb.

 

Xankəndində fəaliyyət göstərən  politoloq Tiqran Qriqoryanın fikrincə, bu şou-tamaşa yeni yaranmış rusiyayönlü təşkilat olan Qarabağ kazakları tərəfindən təşkil olunub.

Qriqoryan Ermənistanda da 1999-cu ildən “Ermənistan-Rusiya kazak ittifaqı” adlı qeyri-hökumət təşkilatı olduğunu xatırladıb…