Xələf Xələfov vəzifəsindən azad edildi

14:26 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev X.Ə.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi və bundan irəli gələn bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Siyasət rubrikasından digər xəbərlər