Ötən həftənin sonunda ruslardan azad edilmiş Xerson şəhərinin ərazisində 2022-ci il noyabrın 14-dən spirtli içkilərin satışı və istehsalı qadağandır.
Xerson şəhər şurasının Telegram-da verdiyi məlumata görə, müvafiq əmri Xerson şəhər hərbi administrasiyasının rəhbəri Qalina Luqovaya imzalayıb. Qadağa müəyyən edilmiş qaydada hərbi vəziyyətə xitam və ya ləğv edilənə və ya bu sərəncamın qüvvəsinin itirilməsi barədə sənəd qəbul edilənədək qüvvədə olacaq.
“14 noyabr 2022-ci il tarixindən etibarən Xerson şəhər ərazi icmasının bütün yaşayış məntəqələrinin ərazisində alkoqollu içkilərin və alkoqol əsasında istehsal olunan maddələrin (dərman və dezinfeksiyaedici vasitələr istisna olmaqla) istehsalı, daşınması, satışı, o cümlədən pivə satışı, şərab və az alkoqollu içkilər" qadağandır.
Qadağaya riayət olunmasına Xerson şəhər ərazi icması nəzarət edəcək.