Xırdalanda keçmiş məhkumdan 6 kq marixuana götürülüb

12:18 09.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan sakinində narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.