Xırdalanda yaşayış binasında YANĞIN

09:00 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.