Xocalı rayonu ərazisində 95 erməni ailəsinə yeni evlər paylandı - FOTO

17:47 02.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan dövləti və ordusunun bütün sərt tədbirlərinə rəğmən torpaqlarımızda yaradılmasının 31-ci ildönümünü qeyd edən seprataçı-terrorçu erməni rejimi Rusiya və Qərbdəki havadarlarının dəstəyi ilə digər təxrubatçı əməlləri ilə yanaşı, qanunsuz məskunlaşdırmanı da davam etdirir.

Bu gün- sentyabrın 2-də  - Xocalı rayonunun müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalmış və “Astxaşen” adlandırılan Daşbulaq kəndi ərazisində 95 köçkün hay ailəsinə eyni evlərin açarları təqdim edilib.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumata görə, Daşbulaq ərazisində tikilən ümumilikdə 136 ev 2020-ci ilin 44 günlük savaşında Azərbaycan ordusu tərəfindən azad edilmiş  Xocalı rayonunun Sığnaq, Moşhmaat, Mədətkənd və Dəmirçilər kəndlərindən könüllü köçmüş ermənilər üçün nəzərdə tutulub.

Xocalı rayonu ərazisində ermənilər üçün evlərin tikintisi “Hayastan” ümumerməni fondu tərəfindən  maliyyələşdirilir.

Siyasət rubrikasından digər xəbərlər