Xristodulidis Kiprin yeni prezidenti oldu

22:51 12.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kipr Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Nikos Xristodulidis ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda rəqibi, Kiprin yunan tərəfinin adada nizamlanma üzrə keçmiş baş müzakirəçisi və Kiprin BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyannisi məğlub edərək qalib gəlib.

Hafta.az xəbər verir ki, bülletenlərin 99,5%-ni hesablandıqdan sonra N.Xristodulidis 51,9%, Mavroyannis isə 48,1% səs toplayıb.

Belə ki, keçmiş XİN rəhbəri artıq məğlubiyyətini etiraf etmiş rəqibi üçün əlçatmaz olub.