Xüsusi karantin rejiminin müddəti uzadılıb

11:20 19.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

Hafta.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.