XXVII tur 1 oyunla start götürür

11:06 10.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start veriləcək.

Hafta.az xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçiriləcək.

“Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 15:30-da start götürəcək.

Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 8 xalla sonuncu – 12-ci pillədə yer alıb.

Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.