Yağıntılı hava daha iki gün davam edəcək

11:47 10.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.