Yağış yağacaq, dolu düşəcək - PROQNOZ

16:16 25.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.