Yanacaq tullantısının fəsadları: İldə 7500 körpə ölür

11:15 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da hər il 7500 vaxtından əvvəl doğulmuş körpənin ölümünə qalıq yanacaq istehsalının səbəb olduğu müəyyən edilib.

Hafta.az-ın "Environmental Research: Health" elmi jurnalına istinadən yazdığına görə, aparılan araşdırmaya əsasən, qalıq yanacaq istehsalının yaratdığı sağlamlıq problemlərini aradan qaldırmaq üçün hər il 77 milyard dollar xərclənir.

Tədqiqatda Boston Universitetinin aparıcı müəllifi Conatan Buonokor və onun komandası neft və təbii qaz hasilatında yaranan hissəciklər PM2.5, ozon və azot oksidinin səviyyələrini müqayisə edib, onların ABŞ-da havanın çirklənməsinə və sağlamlıq problemlərinə təsirini araşdırıb. Araşdırmada sözügedən maddələrin anadangəlmə xəstəliklərə və vaxtından əvvəl ölümlərə, ürək və tənəffüs yolları xəstəliklərinə səbəb olduğu diqqətə çatdırılıb.

Buna əsasən, təbii qaz və neft hasilatından yaranan tullantıların 7500 vaxtından əvvəl doğulmuş körpənin, 410 min astma tutmasının və 2200 uşaqda astma xəstəliyinin ölümünə səbəb olduğu müəyyən edilib. Bu emissiyaların infarktlara səbəb olduğu və hamiləlik zamanı müşahidə edilən bəzi sağlamlıq problemlərinə də səbəb olduğu da bildirilib.

Tədqiqatçılar, ən çox sağlamlıq problemlərinin ölkədə böyük qalıq yanacaq istehsalı müəssisələrinin yerləşdiyi Texas, Luiziana, Oklahoma və Pensilvaniya kimi ştatlarda müşahidə edildiyini bildirib. Bununla belə, bu yerlərdə baş verən hava çirkliliyinin sərhədləri aşaraq Çikaqo, Nyu-York, Boston və Filadelfiya kimi şəhərlərə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.

Buonokor onu da bildirib ki, kömür əsaslı olmadığı üçün təbii qazın sağlamlığa neftdən daha az zərəri var.

Alimlər araşdırmalarında 2016-cı ilin məlumatlarından istifadə ediblər. Buonokor, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) 2016-cı ildə tam məlumat topladığını bildirərək, mövcud vəziyyətin daha da pis ola biləcəyini vurğulayıb.

Məlumata görə, 2016-cı ildə ABŞ-da 77,5 milyard kubmetr təbii qaz hasil edildiyi halda, 2022-ci ildə bu rəqəm 119 milyard kubmetrə yüksəlib.