Yazını böyüt
Yazını kiçilt
Yanvar ayında Bakı metrosundan 17,98 milyon sərnişin istifadə edib.
“Bakı Metropoliteni” QSC-dən hafta.az-a bildirilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə 4,6 faiz artım qeydə alınıb.
QSC-dən bildirilib ki, metro nəqliyyatında ən sıx sərnişin istifadəsi yanvarın 10-da qeydə alınıb. Belə ki, həmin gün 710 min 773 sərnişin metrodan istifadə edib. Ən az sərnişin istifadə etdiyi gün 367 min 897 nəfərlə yanvarın 19-da qeydə alınıb.