Yanvarda sığortaolunanların sayı 11 min 533 nəfər artıb

12:47 07.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 11 min 533 nəfər və ya 0,22 faiz artıb.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 2025-ci ilin fevralın 1-nə uçota alınmış sığortaolunanların sayı 5 milyon 175 min 123 nəfər təşkil edib.