Yapon diyetoloqdan yeyilməsi məsləhət görülməyən 6 qida məhsulu

13:46 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Orta ömür müddəti ən uzun olan ölkələrdən birindən -  Yaponiyadan dietoloq Miçiko Tomioka heç vaxt istehlak etmədiyi 6 qida məhsulunu paylaşıb.

Hafta.az-ın CNBC-yə istinadən yazdığına görə, Miçiko Tomioka, iki gün əvvəl CNBC-də yazdığı məqalədə ABŞ-a köçdükdən sonra bu yerin məşhur məhsullarını sınadığını, lakin bunun ona pis təsir etdiyini söyləyib.

Xərçəng xəstəliyindən sağ çıxan anasının 86, bibisinin isə 98 yaşında olduğunu vurğulayan Tomiokanın siyahısı belədir:

Hot dog:  Tomioka, işlənmiş ətdə yüksək duz tərkibinə diqqət çəkib. O xatırladıb ki, emal edilmiş ətin tərkibində doymuş yağ var ki, bu da kolon xərçəngi və döş xərçəngi riskini artırır.

Fast food – hamburger:  Dietoloq bildirib ki, bir çox fast food yeməkləri kimi bir şəbəkə restoranında hamburger yedikdən sonra özünü yorğun hiss edib. Bundan sonra fast fooddan uzaqlaşdığını deyən yapon mütəxəssis bu məhsullarda duz, trans və doymuş yağların nisbətinin çox yüksək olduğunu vurğulayıb. Tomioka yazıb ki, bu maddələr pis xolesterin kimi tanınan LDL-ni yüksəldir.

Qazlı içki: Gündə ən az 1-2 qutu şəkərli soda istehlak etmək insanlarda 2-ci tip diabetə səbəb ola bilər. Tomioka həmçinin süni dadlandırıcılar olan qazlı içkilərdən çəkinməyi tövsiyə edib. Çünki bunlar diqqəti çətinləşdirə və eyni zamanda miqrenlərə səbəb ola bilər.

Taxıllar: Bəzi insanların səhər tələsik olduğu zaman qəlyanaltı yeməyi taxıla üz tutduğunu deyən dietoloq, tərkibində şəkər əlavə olunan məhsullardan uzaq durduqlarını bildirib. Tomioka, həddindən artıq şəkərin qan təzyiqi problemlərinə, çəki artımına və iltihaba səbəb ola biləcəyini vurğulayıb.

Krem pendir: Tomioka süd məhsullarının kalsium və zülalla zəngin olduğunu desə də, bütün pendirlərin o qədər də faydalı ola bilməyəcəyini qeyd edib. Yapon mütəxəssis qaymaqlı pendirdə zülalın miqdarının çox az olduğunu xatırladıb. O, bu məhsulun tərkibində yüksək miqdarda xolesterin olduğunu da qeyd edib.

Şirniyyat: Tomioka, tərkibində çox şəkər olan və qarğıdalı nişastası ilə yüklənmiş şirniyyatların ürək və beyin üçün zərərli olduğunu izah edib. “Həyatınızdan bütün şirniyyatları kəsmək məcburiyyətində deyilsiniz” deyən ekspert tünd şokoladın antioksidanlarla zəngin ola biləcəyini bildirib.