Yaponiya ABŞ-dan 500-ə yaxın “Tomaqavk” raketi almaq niyyətindədir

12:51 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yaponiya hökuməti “Tomaqavk” qanadlı raketlərinin alınması üçün ABŞ-la böyük müqavilə bağlamaq niyyətindədir. Kyodo agentliyinin məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Yasukazu Hamada bildirib.

Həmada Yaponiya tərəfinin əldə etmək niyyətində olduğu raketlərin dəqiq sayını açıqlamayıb. Agentliyin məlumatına görə, aprelin 1-dən başlayacaq 2023-cü maliyyə ilində 500-ə yaxın “Tomaqavk” raketinin alınması planlaşdırılır.

16 dekabr 2022-ci ildə Yaponiya hökuməti müdafiə siyasətinin əsas sənədi olan yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Xüsusilə, potensial düşmənin ərazisindəki hədəflərə əks hücumlar etmək hüququnu ifadə edir. Amma ehtimal olunan düşmənin ərazisinə qabaqlayıcı zərbələr endirmək qadağandır.