Yaponiya H3 raket daşıyıcısının ilk buraxılışını təxirə salıb

17:18 17.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiya ilk buraxılışının cari il martın sonunadək həyata keçirilməsi planlaşdırılan H3 raket daşıyıcısının kosmosa çıxarılmasını təxirə salıb.

Hafta.az xəbər verir ki, bu barədə yanvarın 17-də Kyodo agentliyi Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla məlumat yayıb. Bu qərarın qəbul edilməsinin səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, həmin raketin buraxılışı bununla ikinci dəfə təxirə salınır. İlk olaraq onun 2020-ci maliyyə ilində (2021-ci il martın 31-də başa çatıb) kosmosa buraxılması nəzərdə tutulurdu.

H3 raket daşıyıcısı JAXA-nın sifarişinə əsasən, “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən hazırlanıb. Hazırda Yaponiya raketlərin kosmosa çıxarılması üçün H-2A və “Epsilon” daşıyıcılarından istifadə edir.

Oxunma sayı 28